14 Ekim 2016 Cuma

"Boşanan tək biz deyilik" - Lətifə Soyuöz - VİDEO - FOTO



Müğənni Lətifə Soyuöz "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
G.A Media xəbər verir ki, müğənni son dönəmin ən çox danışılan mövzularından olan boşanma məsələsi ilə bağlı sualları belə cavablandırıb:
"Bu səbəbi biz indiyə kimi heç bir kanalda açıqlamamışıq. Bundan sonra da açıqlamağı düşünmürəm. Oldu, bitdi. Hər kəs öz yoluna davam edir. Bu haqda söz vermişəm ki, danışmayacam. Ümumiyyətlə, boşanmalar bütün respublika üzrə, dünya üzrə artıb. Bunu təkcə şou-biznesə aid edə bilmərik. Hər kəs boşana bilər. Sadəcə olaraq, şou-biznesin içində olanlar göz önündə olduqları üçün daha çox diqqət cəlb edirlər".
Xanım ifaçı geyimlərindən ağız dolusu danışıb:
"Geyimim özəl geyimdir. Əl işidir. Modelyerim Renat Ramazandır. Xüsusi günlərdə paltarları o seçib, hazırlayır. Dörd ildir biz həm dostuq, həm də birlikdə çalışırıq. Mən onun modelyerliyini çox bəyənirəm. O, Azərbaycanda sayılıb seçilən dizaynerlərdəndir. Hazırda bizim payız kolleksiyamız hazırlanır. Və möhtəşəm, təkrarsız bir fotosessiya. Lətifə Soyuöz daha yeni tərzdə və daha yenilənmiş formada. 
Tanınmış müğənni sənətdə sərhəd tanımadığını açıqlayıb:
"Bu sənətdə sərhəd yoxdur. Biz hanısa bir iş görürük və deyirik ki, bu, mükəmməl bir işdir. Amma daha sonra baxırıq ki, bundan da yaxşısını etmək olar. Bir gün baxırsan ki, bu geyimdə çox gözəlsən. Ancaq sabah baxanda bəyənmirsən".
Sevilən ifaçı qalmaqalı sevmədiyini bildirib:
"Mən qalmaqalı sevməyən bir insanam. Hər zaman söz-söhbətdən uzaq qaçıram. Baxanda ki, kimsə məni qalmaqala çəkir, başlayıram özüm kənara çəkilməyə. Bu günə qədər heç kim deyə bilməz ki, mən ad çəkərək, soyad çəkərək kiməsə söz atmışam. Belə bir şey olmayıb və düşünürəm ki, olmayacaq da".






Aygün 90 minlik maşınını satdı? - YENİLƏNİB



Bu gün Aygün Kazımovanın avtomobilini satması ilə bağlı xəbərlər yayılıb.
 
G.A Media xəbər verir ki, müğənninin mətbuat katibinin verdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Müğənni avtomobilini satmağı belə düşünmür. Maşın hazırda müğənninin həyətindədir.
 
 
---------
10:22
Xalq artisti Aygün Kazımova avtomobilini satıb.
"Qafqazinfo"ya daxil olan məlumatına görə, müğənni özünə yeni aldığı "Chevrolet Camaro Cabriolet" markalı maşınını satmaq məcburiyyətində qalıb. Kazımovanın borcunu ödəmək üçün belə bir addım atdığı iddia olunur.
Avtomobilin qiyməti isə təxminən 90 000 dollardır. Sənətçi ilə bağlı daha bir xəbər isə özünə köməkçi axtarmasıdır.
Müğənninin ilkin şərti isə onunla əməkdaşlıq edən şəxsin avtomobilinin olmasıdır.
Xatırladaq ki, A.Kazımova avtomobilini bu ilin mart ayında almışdı.

13 Ekim 2016 Perşembe

Gizli eşq yaşadığı iddia edilən Sona açıqlama verdi - FOTO



Mərhum Hüseyn Dəryanın həyat yoldaşı Sona dünən haqqında yazılan xəbərlərlə bağlı narahatlıq keçirib.
G.A Media big.az-a istinadla bildirir ki, Sona bildirib ki, həyatında heç kim yoxdur və hələ ki, bu barədə düşünmür.
"Mənim özüm boyda oğlum var, belə şeylər yaraşmaz. Həyatımda heç kəs yoxdur, bu barədə düşünmürəm də ... Şəkildə isə ürəyim oğlum Cahangirimin əlidir". 
Hal-hazırda ölkədə olmayan Sona heç bir gizli eşq yaşamadığını dilə gətirib. 



Bakıda hava


Bu Gün

Qismən buludlu, yağıntısız
Hiss edilir: +18°C
Külək: Cənub-qərb, 7 m/s
Nisbi rütubət: 73%
Atmosfer təzyiqi: 760 mm.c.s
Gün çıxır: 06:50
Gün batır: 18:01

Sabah

+12..+16°C
Yağıntılı, yağış
Külək: Şimal, 10 m/s
Gün çıxır: 06:51
Gün batır: 17:59

Biri Gün

+8..+16°C
Yağıntılı, az miqdarda yağış
Külək: Şimal-şərq, 5 m/s
Gün çıxır: 06:52
Gün batır: 17:58

Həftəlik

Ş. +12..+16°C
Yağıntılı, yağış
Külək: Şimal, 10 m/s
Yağıntı ehtimalı: 96%
Gün çıxır: 06:51
Gün batır: 17:59

B. +8..+16°C
Yağıntılı, az miqdarda yağış
Külək: Şimal-şərq, 5 m/s
Yağıntı ehtimalı: 85%
Gün çıxır: 06:52
Gün batır: 17:58

B.E. +9..+11°C
Yağıntılı, güclü yağış
Külək: Şimal, 10 m/s
Yağıntı ehtimalı: 98%
Gün çıxır: 06:53
Gün batır: 17:56

Ç.A. +10..+13°C
Qismən buludlu, yağış
Külək: Şimal, 8 m/s
Yağıntı ehtimalı: 41%
Gün çıxır: 06:54
Gün batır: 17:55

Ç. +10..+14°C
Yağıntılı, yağış
Külək: Cənub-qərb, 5 m/s
Yağıntı ehtimalı: 55%
Gün çıxır: 06:56
Gün batır: 17:53

C.A. +10..+15°C
Buludlu, az miqdarda yağış
Külək: Şərq , 4 m/s
Yağıntı ehtimalı: 59%
Gün çıxır: 06:57
Gün batır: 17:52

C. +11..+15°C
Buludlu, yağıntısız
Külək: Cənub-şərq, 5 m/s
Yağıntı ehtimalı: 37%
Gün çıxır: 06:58
Gün batır: 17:51

"Kişilər mənim kimi qısaboy qızlar üçün dəlidirlər" - FOTO


Pərəstişkarları ilə görüşən Türkiyənin gənc müğənnisi Ece Seçkin jurnalistlərə maraqlı etirafları ilə diqqət çəkib.
G.A Media Milliyet-ə istinadən bildirir ki, cazibədar müğənni boyu qısa olduğu üçün onu tənqid edənlərə belə cavab verib:
"Boyum 1.55 sm-dir. Tənqid edənlər var, amma vecimə deyil. Çünki səhnədə gözəl göründüyümün fərqindəyəm. Minyon qadınlar hər zaman daha seksualdır. Kişilər mənim kimi qısa boylu qadınlar üçün dəlidirlər".











Azərbaycanlı aktyorun gənc xanımla səmimi FOTOları



Aparıcı, aktyor Rüfət Nəzərov açılış mərasimlərinin birində fotokameramıza tuş gəlib. 
Axşam.az-ın məlumatına görə, aktyorun yanındakı xanımla səmimi görüntüləri diqqətdən qaçmayıb.






Zeynəb bu gün edam edilir - Dünyanın gözü İranda - FOTO



İranda şiddət gördüyü ərini 2012-ci ilin fevral ayında öldürdüyü üçün edama məhkum edilən 22 yaşlı Zeynep Sekaanvand bu gün edam ediləcək. 
G.A Media Milliyet-ə istinadən bildirir ki, Beynəlxalq Əfv Təşkilatı İrandan 22 yaşlı qadına verilən edam cəzasının ləğv edilməsini istəyib. 
Sekaanvand cinayətdə təqsirləndirilərkən hələ 17 yaşı var idi. Bu səbəbdən beynəlxalq hüquq qanunlarına görə, yetkinlik yaşında onun cəzası icra edilə bilməzdi. 

Atası azərbaycanlı Rima: “Erotik çəkilişlərdən həzz alıram” - FOTO



G.A Media missiya.az-a istinadən bildirir ki, "Dom 2" layihəsinin məşhur azərbaycanlı iştirakçısı, hazırda Ukraynada böyük bədən geyimlərinin nümayişi ilə məşğul olan model Rima Pənciyeva ilə müsahibəni təqdim edir:
- Əvvəlcə istərdik özünüz haqda bir qədər məlumat verəsiniz...
- Mən 1983-cü il oktyabrın 8-də Kiyevdə dünyaya gəlmişəm. Su Nəqliyyatı Akademiyasını qırmızı diplomla bitirmişəm. İxtisasım aşpazdır. Amma bu ixtisas üzrə təhsil almağım xüsusi bir maraqdan irəli gəlmirdi. Heç vaxt artıq hesab olunmayacaq bir peşədir və sırf ailə həyatı üçün idi. Uzun müddət öz ixtisasım üzrə işləmişəm və bu sahədə böyük təcrübəm var. Lakin sonradan macəralara meylləndim və beləcə gəlib çıxdım televiziyaya.


- Ailəniz haqqında məlumatları da bölüşə bilərsinizmi?
- Ailədə dörd nəfər olmuşuq. Atam Muxtar, anam Mariya, mən və bacım Rita. Orta statistik bir ailə. Atamla anam həmişə zəhmətkeş olublar. Deyə bilmərəm ki, zəngin yaşamışıq. Lakin valideynlərimiz çalışırdılar ki, biz heç nədən korluq çəkməyək. Onlar ən ağır situasiyalardan da çıxmağı bacarırdılar.
- Səhv etmiriksə, sizin atanız azərbaycanlıdır...
- Bəli. Atam azərbaycanlıdır və çox yaraşıqlı bir kişidir. O, gənclik illərində bura gəlib və həyatını da burada qurub.
- Siz əvvəllər TNT kanalında çalışırdınız. İndi də əlaqələriniz qalırmı?


- Xeyr. Bilmirəm buna görə təəssüf hissi keçirim, ya xoşbəxlikdənmi deyim, hər halda telekanaldakı işimdən ayrılmışam. Ola bilərdi ki, hələ də orada olum. Lakin qarşıma çıxmış bir nəfər mənim bütün planlarımı alt-üst etdi...
- Sonra model kimi işə başlamaq qərarına gəldiz. Sizdə bu sahəyə maraq haradandır?
- Hələ məktəb illərindən bu sahəyə çox böyük marağım var idi. Arzulayırdım ki, böyüyəndə model olum. Zənnimcə, bütün qızların yeniyetmə çağlarında belə bir arzusu yaranır. 11-ci sinifdə oxuyanda bizim məktəbə tanınmış bir moda agentliyinin nümayəndələri gəldi. Məqsədləri yeni simalar seçmək idi. Seçim prosesi çox uzun çəkdi və nəticədə məktəbimizdən yalnız iki nəfəri seçdilər. Onlardan biri də mən idim. Təəssüf ki, anam model məktəbinə keçməyə icazə vermədi. Beləcə, birinci şansımı qaçırdım. Yeri gəlmişkən, model standartlarına çatmaq üçün boyumu uzatmalı idim. Buna görə də basketbol məşqlərinə gedəsi oldum. Bir müddətdən sonra istədiyim nəticə əldə olundu - 179 sm.


- İndi harada çalışırsınız?
- Böyük bir ticarət brendini təmsil edirəm. Şirkətin siması və bir qədər dolu bədənli qızların təmsilçisiyəm. Yəni model "plus size".
- Bəs, gələcəkdə çəkinizi salmaq istəyirsiniz? Məsələn M, L kimi ölçülərə qədər düşmək ağlınızdan keçirmi?
- Mən tez-tez müxtəlif ticarət nişanlarını təqdim edirəm. Təqdim etdiyim ölçülər tədricən dövrün tələbatına çevrilir. Yəni indi dolu bədənli xanımların zamanıdır. Gələcəkdə çəkimi salacam, ya yox, bunu Allah bilər. Hələlik belə bir planım yoxdur. Hazırkı görkəmimdə özümü çox rahat hiss edirəm. Özümü çox sevirəm (Gülür). Canım suludur, şuxam, cazibəliyəm və bu mənim çox xoşuma gəlir. Özü də təkcə mənim yox...
- Xarici şirkətlərdən də təkliflər alırsınızmı? Ola bilərmi ki, gələcəkdə Avropa ölklərinin birində çalışasınız?
- Təkliflər olmuşdu. Lakin Avropadan deyil, Amerikadan. Mən ora getməyə ürək eləmədim. Çox uzaqdır. İndi artıq başqa cür düşünürəm. Qəti qərara almışam ki, real və perspektivli təkliflər olarsa, hətta dünyanın qurtardığı yer haradısa, ora da gedərəm.
- Siz kompleksiz xanımsız. Görünür, elə buna görədir ki, alt paltarlarının nümayişindən də çəkinmirsiz...


- Bəli, hər hansı kompleksim yoxdur. Hərçənd bilirəm ki, burada ideal heç nə yoxdur. Mən sadəcə dolu bədənli xanımlarda əminlik yaratdım ki, uğur qazanmaq üçün bədən ölçüləri vacib deyil. Belə bir qızıl qayda var: Sən özünə necə münasibət bəsləyirsənsə, başqaları da sənə o cür münasibət göstərəcək. Kompleksləri qadınlar özləri yaradırlar. Hər kəsin öz gözəlliyi var. Sadəcə, bu gözəlliyi təqdim etməyi bacarmaq lazımdır. Alt paltarlarına gəldikdə isə, mən bu çəkilişləri çox sevirəm. Ümumiyyətlə, erotik çəkilişlərdən həzz alıram. Bu, mənim stilimdir. Arzum budur ki, gələcəkdə "Pleyboy", "Maxim", "XXL" və sairə kimi jurnallara çəkilim.
- Bəs nə vaxtsa kamera qarşısına tamamilə çılpaq çıxa bilərsiniz?
- Heç vaxt. Tamamilə çılpaq çəkilmək mənlik deyil. Uzağı bədənin intim yerlərinin görünməməsi şərtilə çəkilərəm. Düzdür, mən çox açıq adamam. Lakin hesab edirəm ki, bədənin müəyyən hissələrinin örtülməsi daha gözəl və daha seksualdır. Belədə kişilər üçün maraqlı olan tapmaca yaranır...
- Məşhur modellərdən kimləri bəyənirsiniz?
- Simpatiya bəslədiyim insanlar var. Ümumiyyətlə, gözəl insanları sevirəm. Gözəl qadınlara heyranlıqla baxıram


- Ukraynada modellərin qazancı nə qədərdir?
- Gizlətməyəcəm, çox az qazanırıq. Təəssüf ki, Ukraynada model biznesi hələlik o qədər də inkişaf etməyib. Xüsusən də +ölçülər istiqamətində ciddi bir irəliləyiş görünmür. Ukraynada gözəl qadınlar çoxdur. Həm dolu, həm də zərif qızlarımız var ki, onların gözəlliyini üzə çıxara biləcək kimsə yoxdur... Ona görə də qərara gəlmişik ki, dolu bədənli xanımlar üçün modalar agentliyi yaradaq. Hazırda bu məsələ üzərində ciddi işləyirik. Ölkəmizdəki vəziyyətlə bağlı bu planı əvvəllər reallaşdıra bilmirdik. Lakin indi tam əminik ki, məqsədimizə çata biləcəyik. Bax, onda biz - "canı sulu bombalar" Ukraynada "partladacağıq".
- Bakıda olmusunuz?
- Təəssüf ki, xeyr. Lakin uşaqlıqdan bunu çox arzulayıram. Axı söhbət atamın vətənindən gedir və deməli, orada olmaq mənim həm də borcumdur.
- Azərbaycan haqda nə bilirsiniz?
- Azərbaycanın tarixi barədə çox şeylər danışa bilərəm. Lakin burada sizin də bildiklərinizi təkrarən danışmaq istəmirəm. Azərbaycan xəyalımdakı ölkədir və uzun illərdir ki, bu ölkəyə getməyi arzulayıram. Əminəm ki, çox yaxınlarda mən bu arzuma çatacam. Bilirsiniz, mən Azərbaycanda baş verən dəyişiklikləri də izləyirəm. İndi tam əminliklə Bakını Dubayla müqayisə edə bilərəm. Azərbaycan çox düzgün istiqamətdədir və olduqca sürətlə inkişaf edir. Bunu Ukraynadan da görmək mümkündür.
- Siz məşhur "Dom 2" telelayihəsində də iştirak etmisiniz və bildiyimizə görə, Azərbaycandan da xeyli pərəstişkar toplaya bilmişdiniz...
- Bəli, Azərbaycanda çox sayda pərəstişkarım var idi. Onlar mənim arxamda dayanmışdılar. Səs verir, internetdə müdafiəmə qalxırdılar. Hətta bəziləri mənə kömək etdilər ki, atamın Azərbaycandakı qohumlarını tapım. Biz uzun müddət onları axtarmışıq. Bir sözlə, indi bu müsahibəni görüb, məni xatırlayanlar olacaq.