Müğənni Lətifə Soyuöz "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
G.A Media xəbər verir ki, müğənni son dönəmin ən çox danışılan mövzularından olan boşanma məsələsi ilə bağlı sualları belə cavablandırıb:
"Bu səbəbi biz indiyə kimi heç bir kanalda açıqlamamışıq. Bundan sonra da açıqlamağı düşünmürəm. Oldu, bitdi. Hər kəs öz yoluna davam edir. Bu haqda söz vermişəm ki, danışmayacam. Ümumiyyətlə, boşanmalar bütün respublika üzrə, dünya üzrə artıb. Bunu təkcə şou-biznesə aid edə bilmərik. Hər kəs boşana bilər. Sadəcə olaraq, şou-biznesin içində olanlar göz önündə olduqları üçün daha çox diqqət cəlb edirlər".
Xanım ifaçı geyimlərindən ağız dolusu danışıb:
"Geyimim özəl geyimdir. Əl işidir. Modelyerim Renat Ramazandır. Xüsusi günlərdə paltarları o seçib, hazırlayır. Dörd ildir biz həm dostuq, həm də birlikdə çalışırıq. Mən onun modelyerliyini çox bəyənirəm. O, Azərbaycanda sayılıb seçilən dizaynerlərdəndir. Hazırda bizim payız kolleksiyamız hazırlanır. Və möhtəşəm, təkrarsız bir fotosessiya. Lətifə Soyuöz daha yeni tərzdə və daha yenilənmiş formada.
Tanınmış müğənni sənətdə sərhəd tanımadığını açıqlayıb:
"Bu sənətdə sərhəd yoxdur. Biz hanısa bir iş görürük və deyirik ki, bu, mükəmməl bir işdir. Amma daha sonra baxırıq ki, bundan da yaxşısını etmək olar. Bir gün baxırsan ki, bu geyimdə çox gözəlsən. Ancaq sabah baxanda bəyənmirsən".
Sevilən ifaçı qalmaqalı sevmədiyini bildirib:
"Mən qalmaqalı sevməyən bir insanam. Hər zaman söz-söhbətdən uzaq qaçıram. Baxanda ki, kimsə məni qalmaqala çəkir, başlayıram özüm kənara çəkilməyə. Bu günə qədər heç kim deyə bilməz ki, mən ad çəkərək, soyad çəkərək kiməsə söz atmışam. Belə bir şey olmayıb və düşünürəm ki, olmayacaq da".





























